Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Həftənin ilk iş gününün HAVAsı

Baxılıb: 958     Tarix: 14-04-2019 18:28   
Bakı və Abşeron yarmadasında aprelin 15-ə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qanunvehedef.az-a verilən məlumata əsasən, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti,
Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar