Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazirlər Kabinetindən YENİ QƏRAR: Azərbaycana gətirilən bəzi yanacaq markaları...

Baxılıb: 1 085     Tarix: 14-04-2019 19:29   
Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edib.
Qanunvehedef.az Trend-ə istinadən bildirir ki, dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün "TC-1" markalı yanacaq, o cümlədən "KO-20" markalı işıqlandırıcı kerosin və "KT-2" markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir.
Bu qərar dərc edildiyi gündən 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılır.
Nazirlər Kabinetinin həmçinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri"ndə də dəyişiklik edib.
Dəyişikliyə əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün "TC-1" markalı yanacaq, o cümlədən "KO-20" markalı işıqlandırıcı kerosin və "KT-2" markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunur.
Bu qərar da 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.
Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar