Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Sabah hava necə olacaq? - Proqnoz

Baxılıb: 899     Tarix: 17-04-2019 13:53   

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qanunvehedef.az-a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.



{sape_links}{sape_article}