Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Samir Nuriyev Abutalıbovun kadrını vəzifəsindən ÇIXARDI

Baxılıb: 783     Tarix: 19-04-2019 11:41   

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəisin vəzifəsini kiçildib.
Qanunvehedef.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Samir Nuriyevin əmri ilə, Akif Abdullayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, idarə rəisinin birinci müavini vəzifəsinə təyin edilib. İdarənin rəis vəzifəsinin icrası isə Anar Quliyevə tapşırılıb.
Xəbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi prezident İlham Əliyevin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansına daxil edilib. Hacıbala Abutalıbovun meriyaya rəhbərlik etdiyi illərdə Akif Abdullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi və rəisi olub.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar