Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazirdən YENİ TƏYİNAT: Yarım milyon manat mənimsəyən direktorun vəzifəsini ƏLİNDƏN ALDI

Baxılıb: 741     Tarix: 23-05-2019 16:20   

Barəsində cinayət işi başlanılan Vergilər Şöbəsinin direktorunun vəzifəsi başqa şəxsə həvalə olunub.
Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə, işçdən çıxarılan Ağdam rayon Vergilər Şöbəsinin sabiq direktoru Valeh Qasımovun vəzifəsi Quliyev Habil Asif oğluna tapşırılıb. Xəbəri Ağdam rayon Vergilər Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma nəticəsində Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun rayon Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

шаблоны для dle 11.2