Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb
Baxılıb: 581 Tarix: 14-06-2019 12:31
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb.
Qanunvehedef.az-ın məlumatına görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir.
İclasda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Bələdiyyələrin statusu haqqında", Mülki, Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və s. Qanun layihələrinə dəyişikliklər müzakirə olunacaq.
Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə ediləcək.
Xatırladaq ki, Milli Məclisin iyunun 13 və 14-də keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 36 məsələ daxildir.
Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.
Ən çox oxunanlar
Son xəbərlər