Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Daha 687 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Baxılıb: 729     Tarix: 18-06-2019 12:46   

Prezident cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, nazirlikdəki Komissiya daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, bu günədək artıq 10472 şəhidin 15498 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 85,4 faiz icra olunub.



{sape_links}{sape_article}