Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Polisi güvənc yerinə çevirməliyik…” - Daxili İşlər naziri

Baxılıb: 785     Tarix: 24-06-2019 16:18   

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”.“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyində (DİN) keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov deyib.
Qarşıya qoyulmuş mühüm vəzifələrdən danışan Daxili İşlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.



{sape_links}{sape_article}