Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mirqafar Seyidov şikayətçini və baş redaktoru qəbul edib

Baxılıb: 700     Tarix: 04-07-2019 14:54   

Qarabağ Hərəkatının sədri Vüsal Qurbanzadə və Criminal.az saytının baş redaktoru Anar Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.
“Report”un məlumatına görə, bu barədə V.Qurbanzadə özünün feysbuk hesabında status yazıb.
O bildirib ki, BŞBPİ-nə criminal.az saytında yayımlanan Daxili İşlər naziri Vilayət Eyvazova ünvanladığı açıq məktubla bağlı dəvət olunub: “Əvvəla, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi açıqlama verdi. Sonra İdarənin rəisi general Mirqafar Seyidov məni və criminal.az-ın baş redaktoru Anar Məmmədovu qəbul etdi. İlk sualı “Bu, nə qərəzdir sizdə?” olsa da söhbətimiz çox mülayim davam etdi. Hətta rəis tərəfindən nəzakətlə qarşılandıq desəm, daha doğru olar”.
V.Qurbanzadə qeyd edib ki, 8 ay əvvəl evimizdə baş verən oğurluq hadisəsi ilə bağlı DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov məlumat verib: “Rəis cinayətkarların tapılıb ifşa edilməsi istiqamətində işlərin davam etdirildiyini dedi. Həmçinin açıq məktubumda Azərbaycan polisinin ünvanına söylədiyim fikirlərlə qətiyyən razılaşmadığını və polisin buna layiq olmadığını bildirdi. Baş verən hadisə ilə bağlı bir neçə saat ərzind müzakirələr apardıq. Arzu Daşdəmirovun “Biz burda niyə oturmuşuq? Əlbəttə, cinayətin üstü açılacaq!”, deməsi polisin bu sahədə daha ciddi addımlar atacağına ümid yaradır”.
Qarabağ Hərəkatının sədri BŞBPİ-də ona göstərilən münasibətdən razı qaldığını vurğulayıb: “Hər halda bu günkü görüşdən və Bakı Baş Polis İdarəsində bizə göstərilən munasibətdən razı qaldım. İnanıram ki, bu razılıq mənə və mənimlə bərabər bütün zərərçəkənlərə cinayətkarların ifşa olunması ilə bağlı məlumat verildiyi zaman tam olacaq. Eləcə də polis – vətəndaş münasibətlərinin yaxşılaşdırılması istiqamətində polisin üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə ümid edirəm”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər