Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Vergilər Nazirliyi reklam xidmətlərinə görə 860 min manat ödəyəcək

Baxılıb: 823     Tarix: 05-07-2019 13:09   

Vergilər Nazirliyi reklam xidmətləri göstərən iki şirkətə 863 min 584,18 manat ödəyəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Vergilər Nazirliyi “Maxmedia” şirkəti ilə qrafik, video və qrafik video çarxların, video təlimatların və reportajların hazırlanması, reklamların internetdə (sosial şəbəkələrdə) yerləşdirilməsi, dizayn, dizayna düzəlişlərin edilməsi və fərdiləşdirmə işlərinin satın alınması haqqında 534 min 983,68 manat dəyərində müqavilə bağlayıb”, – deyə məlumatda bildirilir.
Bundan başqa, nazirlik “Innova” şirkəti ilə açıq məkanda reklam yerləşdirilməsi xidmətinin satın alınması haqqında 328 min 600,5 manat dəyərində müqavilə bağlayıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar