Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sabah Milli Məclisin növbədəkənar sessiyasının plenar iclası keçiriləcək

Baxılıb: 716     Tarix: 08-07-2019 11:00   

Sabah – iyulun 9-da Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.
Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.
Bundan başqa, deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə də (ikinci oxunuş) baxacaqlar.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar