Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Milli Məclis bu quruma əlavə 200 milyon ayırdı

Baxılıb: 856     Tarix: 09-07-2019 13:46   

Milli Məclis “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanununda dəyişiklik edib.
Qanunvehedef.az xəbər verir ki, qanun layihəsi haqqında deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Komitə sədri bildirib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi 200 milyon manat civarında artırılıb:
“Bu, bir daha göstərir ki, sosial sahəyə ayrılan vəsait insanların rifahına xidmət edir. Hesab edirəm ki, ayrılan vəsait sosial müdafiənin güclənməsinə xidmət edəcək”.
Komitə sədri əlavə edib ki, 200 milyon manatın sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinə daxil olması sosial sığorta və digər yığımlar hesabına baş verib.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar