Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dövlət Komitəsi son 2,5 ildə 4 milyon manata yaxın satınalma həyata keçirib

Baxılıb: 753     Tarix: 23-07-2019 12:15   

Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi son 2,5 ildə 4 milyon manata yaxın satınalma həyata keçirib.
“Report”un məlumatına görə, satınalmaların əhəmiyyətli hissəsi konfransların, seminar-treninqlərin, seminar-müşavirələrin, sərgilərin təşkilinə xərclənib.
Təkcə 2019-cu ildə bu məqsədlərlə 1 186 530 manat dəyərində 7 satınalma müqaviləsi bağlanıb, o cümlədən 511 610 manatlıq satınalma Neftçalada eyni hüquqi ünvanda yerləşən “Sun Drink”, “Katrin-LD” və “Barens-2017” şikətləri ilə həyata keçirilib. Dövlət Komitəsi eyni küçədə lakin başqa ev üzrə qeydiyyatda olan “Starcom”la “Bakı şəhərində konfransların təşkili üzrə 198 640 manat dəyərində müqavilə imzalayıb.
Dövlət qurumu müxtəlif vaxtlarda hüquqi ünvanları Bərdə rayonu, Xanərəb kəndi olan “Vanur LTD”, “Abmore LTD”, “Mega Technology”, Nərimanov rayonu, Əhməd Rəcəbli ev 21, 21A, 23A, 25A olan “Dalmatin”, “Oniks STK”, “Qen Tex Servise”, “Marsan Service”, “Sinta”, Sabirabad rayonu, Qalağayın kəndi olan “Ambra Servis”, “Tikinti BT” və eyni adamların adına qeydiyyatda olan ayrı-ayrı digər şirkətlərlə də müqavilə imzalayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar