Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Köhnə qanunlar indiki tələblərə cavab vermir” – Milli Məclis Aparatının rəhbəri

Baxılıb: 709     Tarix: 30-07-2019 13:40   

“Hazırda qüvvədə olan bəzi qanunları ikinci və üçüncü dəfə qəbul edirik. Çünki zaman dəyişir və köhnə qanunlar indiki tələblərə cavab vermir”.
“Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
O bildirib ki, qanunverici orqan 2019-cu ilin yaz sessiyasında da məhsuldar işləyib: “Biz müəyyən ritmdə işləyirik. Sözsüz ki, ölkədə aparılan islahatlar dərinləşdikcə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də məzmunca fərq var. Əvvəl qanunvericilikdə mövcud olan boşluqları aradan götürməklə məşğul olurduq”.
S.Mirzəyev vurğulayıb ki, parlamentin yaz sessiyası zamanı “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında”, həmçinin iqtisadi sahədə bir neçə qanun qəbul edilib: “Orijinal qanun layihəsi isə “Mediasiya haqqında” qanundur. Müxtəlif sahələrlə bağlı bir çox mübahisələr var. Hansı ki, onları könüllü həll etmək mümkündür. Yəni artıq məhkəmə və prokurorluğa müraciət etməyə ehtiyac qalmır. Bir şəxs etibar edəcəyi birini seçib mübahisəni həll edə bilər. Əgər bu qanun işləsə ölkədə biznes xeyli inkişaf edə və oradakı problemlərin çoxu aradan qalxa bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar