Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Maltada futbolçu hakimi vurduğu üçün qandallanıb, oyun yarımçıq qalıb - FOTO

Baxılıb: 699     Tarix: 12-01-2020 15:59   

Maltanın futbol üzrə II Divizionunda "Orata Yus" və "Sannat Layons"komandaları arasındakı qarşılaşma sonadək oynanılmayıb.
"Report"un məlumatına görə, buna "Sannat Layons"un oyunçusuAntuan Kamillerinin hakimə hücum etməsi səbəb olub.


İnsident referinin ikinci sarı vərəqə ilə futbolçunu meydandan qovmasından sonra baş verib. Qərardan narazı qalan Kamilleri ədalət təmsilçisinə hücum etməyə çalışıb. İşə komanda yoldaşları qarışıblar. Onlar aqressiv hərəkətə imkan verməyiblər.
Bununla belə, Kamilleri meydanı tərk edərkən yan xətt hakiminin sifətinə iki zərbə endirib. Bundan sonra oyunçu polisin müşayiəti ilə paltardəyişmə otağına yollanıb. O, stadionu qandalla tərk edib.


Qeyd edək ki, Antuan Kamilleri bu gün məhkəmə qarşısına çıxarılacaq. Artıq Malta Futbol Federasiyası onun hərəkətini pisləyib.



{sape_links}{sape_article}