Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Ən zəiflər qrupundan çıxa bilmədik" - Rövnəq Abdullayev

Baxılıb: 728     Tarix: 28-01-2020 10:28   

"Hesabat dövrü beynəlxalq tədbirlərin təşkili baxımından əlamətdar olub. Mötəbər yarışlara dəstək olduğu üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".
"Report"un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O, Avropa Liqasının finalını izləməyə xaricdən 38 min nəfərin gəldiyini və bu qarşılaşmanın son 10 ilin ən yüksək səviyyəli finalı kimi dəyərləndirildiyini söyləyib.
R.Abdullayev Şamaxıda yeni stadionun tikiləcəyini də bildirib. Onun sözlərinə görə, artıq layihə də hazırdır və işlərə bu il başlanılacaq. Eyni zamanda Gəncədə idman kompleksi nəzərdə tutulur və hazırda Sumqayıt şəhər stadionu yenidən qurulub.
Azərbaycan millisinin UEFA Millətlər Liqasında qrupdan çıxa bilmədiyini söyləyərək, "Ən zəiflər qrupundan çıxa bilmədik. Bu, AVRO-2020-yə yüksəlmək baxımından yaxşı şans idi. Seçmə mərhələdə qrupda 1 xalla sonuncu olduq. Klublarımız isə avrokuboklarda yaxşı çıxış etdilər. "Qarabağ" ardıcıl 6 dəfə qrupa düşdü".
AFFA prezidenti hakimlərin peşəkar səviyyəyə çatdırıldığını və artıq digər ölkələrin çempionatlarının oyunlarını belə idarə etməyə başladıqlarını xatırladıb.
R.Abdullayev AVRO-2020-də Azərbaycanı 4 oyunu keçirmək baxımından böyük məsuliyyətli işin gözlədiyini və bunun da öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar