Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Namiq Abdullayev millinin baş məşqçi vəzifəsindən istefa verdi

Baxılıb: 647     Tarix: 15-03-2023 16:54   

Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.
Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.
Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. 2021-ci ildən komandaya rəhbərlik edən Rövşən Umudov vəzifəsindən ayrılıb.
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar