Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Zirə”nin Avropa Liqasındakı rəqibi müəyyənləşir

Baxılıb: 456     Tarix: 18-06-2024 13:39   

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Qanunvehedef.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Zirə”nin də rəqibi bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alan “Zirə”nin potensial rəqibləri aşağıdakılardır:
“Şerif” (Moldova)
“Maribor” (Sloveniya)
 “Tobol” (Qazaxıstan)
 “Visla” (Polşa)
 “Pafos” (Kipr)
“Pakş” (Macarıstan)
Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.
Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar – “Qarabağ” (ÇL)  və “Sabah”la (KL) “Sumqayıt” (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar