Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranda Azərbaycan əsilli rejissor barəsində həbs qərarı çıxarıldı

Baxılıb: 982     Tarix: 28-10-2026 11:58   

Tehran inqilab məhkəməsi Azərbaycan əsilli tanınmış iranlı rejissor Cəfər Pənahi barəsində əmlakı müsadirə edilməklə 5 il 1 ay müddətinə qiyabi həbs qərarı çıxarıb.

Qanunvehedef.az “Emtedad” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı rejissorun vəkili Mustafa Neyli açıqlayıb.

Onun sözlərinə görə, Pənahinin həmçinin 2 il müddətinə ölkədən çıxışına və sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulub. Bundan başqa, rejissorun bank hesabları dondurulub.

Kinorejissora qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu isə açıqlanmayıb.

Məhkəmə qərarında Pənahinin hazırda İranda yaşamadığı da qeyd olunub.

Tehran məhkəməsi 2025-ci ilin dekabrında Cəfər Pənahi barəsində 1 il müddətinə qiyabi həbs qərarı çıxarmışdı.

Xatırladaq ki, 2025-ci ildə C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb. Film həmçinin “Ən yaxşı xarici film” və “Ən yaxşı orijinal ssenari” kateqoriyalarında “Oskar” mükafatına namizəd olub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar