Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tramp: Sülh sazişinin imzalanmasına Ukrayna mane olur

Baxılıb: 8216     Tarix: 15-01-2026 11:24   

“Potensial sülh sazişinin imzalanmasına Rusiya yox, Ukrayna mane olur”.

Qanunvehedef.az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp “Reuters”ə müsahibəsində bildirib.

ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin müharibəni başa çatdıra biləcəyini, lakin Ukraynanın sövdələşməyə daha az hazır olduğunu deyib.

Vaşinqtonun rəhbərliyi altında aparılan danışıqların niyə hələ də bu münaqişəni başa çatdıra bilmədiyi barədə suala Tramp qısa cavab verib: “Zelenski”.

Ukrayna liderinin danışıqları uzatması barədə sualı cavablandırarkən Tramp təfərrüata varmayıb.

“Sadəcə düşünürəm ki, onun üçün öz istədiyinə nail olmaq çətindir. Biz Prezident Zelenskini bunu (sülh sazişini - red.) dəstəkləməyə inandırmalıyıq”, - o əlavə edib


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar