Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Gənc pəhləvan Renat Ziyadov uğurlu çıxışları ilə diqqət çəkməyə davam edir

Baxılıb: 8148     Tarix: 27-04-2026 14:05   

 
Paytaxtda fəaliyyət göstərən FHN Wrestling Club-un idmançıları 26 aprel 2026-cı il tarixində yeniyetmələr arasında təşkil edilən sərbəst güləş üzrə “Zəfər Yolu” festivalında uğurla çıxış ediblər. Festival gərgin və maraqlı görüşlərlə yadda qalıb, gənc güləşçilərin əzmkarlığı və mübarizə ruhu xüsusi olaraq diqqət çəkib.

Yarışda 57 kq çəki dərəcəsində çıxış edən Ziyadov Renat Elnur oğlu öz iradəsi və döyüş əzmi ilə seçilərək həm məşqçilərinin, həm də komanda yoldaşlarının rəğbətini qazanıb. O, fəxri kürsünün ikinci pilləsinə yüksələrək “Zəfər Yolu” diplomu ilə təltif olunub.

Renat Ziyadovun bu nəticəsi onun gələcək idman perspektivinin yüksək olduğunu bir daha göstərib. Gənc idmançı güləş texnikasını daim təkmilləşdirir, eyni zamanda Azərbaycan güləş məktəbinin zəngin ənənələrini dərindən öyrənir və böyük idmançılardan ilham alır.

Ailəsi – babası Mehman Ziyadov, nənəsi, valideynləri, bibisi Leyla, bibisi oğlanları və dayıları – onun uğurlarını böyük sevinc və qürurla qarşılayır, gələcəkdə daha böyük nailiyyətlər qazanacağına inanırlar.

Bu gün əldə edilən nəticələr Renat Ziyadov və komanda yoldaşları üçün daha böyük zirvələrə aparan yolun başlanğıcı kimi qiymətləndirilir.


 
Qanunvehedef.az




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar