Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əsəd niyə Türkiyəyə yalvarmağa başladı? - Politoloq

Baxılıb: 716     Tarix: 05-03-2020 13:00   
Türkiyənin Suriyada başlatdığı “Bahar qalxanı” əməliyyatı Bəşər Əsəd mövqelərinə ciddi zərbə vurub. Əsəd anlayır ki, Türkiyə qarşısında uzun müddət tab gətirə bilməyəcək. Hazırda zaman Əsədin əleyhinə işləyir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Suriya Prezidenti Bəşər Əsədin Türkiyəyə yönəlik açıqlamalarını şərh edərkən deyib.
O bildirib ki, Əsəd artıq mövcud reallıqla barışmağa məcbur olub:
“O başa düşür ki, Türkiyəyə güc nümayiş etdirmək faydasızdır. Əsəd bunun ağır fəsadlarını görür. Türkiyə ilə məsələni hərbi yolla həll etmək problemdən çıxış yolu deyil, əksinə, ciddi problem deməkdir.
Son zamanlar Əsəd Türkiyə əleyhinə regionda gedişlər edirdi. Xüsusən də Haftar ilə eyni zamanda əməliyyatlara başlaması təsadüf deyildi. O, bu yolla Türkiyəni iki cəbhə arasında qoyaraq, mövcud vəziyyəti mümkün qədər uzatmaq istəyirdi, lakin bu plan da alt-üst oldu”.
Politoloq bildirib ki, Əsədin Türkiyə əleyhinə qurduğu plan onun özünə qarşı işlədi:
“Türkiyə Suriyada başlatdığı “Bahar qalxanı” əməliyyatının ardından Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac da Haftara qarşı əməliyyatlara başlayacağını açıqlayıb. Bu isə faktiki Türkiyənin Əsədin planını özünə qarşı işlətməsi deməkdir.
Əslində, Ankara əvvəldən bildirmişdi ki, heç bir halda güzəştə gedilməyəcək, çünki Suriya məsələsi Türkiyənin birbaşa milli təhlükəsizliyi ilə bağlıdır. Bu mənada Türkiyənin geri addım atmaması başadüşüləndir. Türkiyənin fevralın 27-dən başlatdığı “Bahar qalxanı” əməliyyatı Əsəd rejiminə böyük zərbə vurub. Suriya ordusu çox ciddi itkilər verib”.
Politoloqun sözlərinə görə, Əsəd İran və Rusiyadan gözlədiyi dəstəyi ala bilmir:
“Bu gün Suriyanın Türkiyə ilə başa-baş hərbi əməliyyat aparmaq potensialı yoxdur. O zaman belə bir sual ortaya çıxır ki, Əsəd nə üçün İdlibə hücum etdi? Hazırda Əsədə dəstək verən qüvvələr Türkiyə ilə üz-üzə gəlmək istəmirlər.
Tehran Əsədə lazımi dəstəyi verə bilmir, çünki bu gün İranın özündə də kifayət qədər problemlər var. İran özü həm koronavirus, həm də siyasi proseslər səbəbilə diqqətini Suriyadan çəkib. Bir neçə gün öncə İran tərəfi Türkiyəyə Moskva görüşü öncəsi ikili görüş təklif etmişdi. Bununla da İran Əsədə bu yolla kömək edə biləcəyini düşünürdü.
Rusiya isə başa düşür ki, Türkiyə ilə gərginliyi hazırkı səviyyədən artıq saxlaya bilməz. Çünki müəyyən bir qırmızı xətt var və Rusiya bunu keçməyəcək. Mövcud vəziyyət Rusiyanın maraqlarına cavab vermir. Ankara ilə Moskva arasında kifayət qədər ciddi razılaşmalar var deyə, Rusiya belə bir riskə getməz”.
Politoloq vurğulayıb ki, bu münaqişə Rusiya üçün müəyyən mənada bir sınaq oldu:
“Rusiya bu yolla həm də Qərbin reaksiyasını bilmək istəyirdi. Artıq Qərb Türkiyəyə NATO səviyyəsində dəstək nümayiş etdirdiyini açıqlayıb. Bütün bu proseslərlərdən sonra Əsəd başa düşür ki, Türkiyə qarşısında nə hərbi, nə siyasi, nə də diplomatik bir üstünlük əldə edə biləcək”.
Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd “Rusiya 24” kanalına müsahibəsində “Suriya Türkiyəyə qarşı hansı düşmənçilik hərəkətini edib? Suriyalılarla türklər arasında nikahlar, ümumi həyati maraqlar var. Buna görə də aramızda olan ciddi fikir ayrılıqları məntiqsizdir” deyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar