Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

23 MAY - EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ İŞÇİLƏRİ GÜNÜDÜR!

Baxılıb: 1 013     Tarix: 23-05-2018 11:24   



Təqvimin 23 may səhifəsi Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri günüdür. Peşə bayramı münasibətilə təbrik etdiyimiz ETSN əməkdaşlarından hazırki prizmadan sahənin inkişaf perspektivləri barədə fikirlərini öyrənməyə çalışdıq. Fəaliyyəti təqdir olunan ETSN işçilərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanovun söhbətini təqdim edirik:
- Başda yeni təyin olunmuş cənab nazir Muxtar Babayev olmaqla, bütün həmkarlarımı 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi İşçisi Günü münasibətilə təbrik edirəm. Bizi peşə bayramımız münasibətilə təbrik edən, bizimlə birgə sevinən tərəqqipərvər Azərbaycan vətəndaşlarına da minnətdarlığımı bildirirəm. Təbiətsevərlərimiz əmin ola bilərlər ki, kollektivimiz bundan sonra da daha şövqlə çalışacaq, indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi naminə var gücünü əsirgəməyəcəkdir.
Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru cənab Nemət Rəsulov da nikbin ovqatlı fikirlərini bizimlə bölüşdü:
- Ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir. Bəri başdan qeyd etməyə dəyər ki, bu ilki peşə bayramımız yeni təyin olunmuş nazirimiz cənab Muxtar Babayevin rəhbərliyi altında keçiririk. Bu münasibətlə hörmətli nazirimizi Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi adından təbrik edir, yüksək vəzifədə fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin etimad göstərdiyi Muxtar Babayevin rəhbərliyi altında Nazirlik və onun yerlərdəki struktur vahidləri öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqlə gələcəklər.
Peşə bayramı təəssüratlarını dilə gətirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov da bildirdi ki, çox hörmətli cənab Muxtar Babayevin rəhbərliyi altında ETSN Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün qüvvələrini səfərbər edəcək:
- Əmin omağa dəyər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadəyə önəm verəcək, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılmasını, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısını alacaq, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsini təmin edəcək.
***
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 2007-ci il mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Mehman Ziyadovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar