Azərbaycan tarının dünyada etirafı...
Baxılıb: 599 Tarix: 07-06-2019 11:08
Xalq artisti, tarzən Ramiz Quliyevdən öncə də ünlü tarzənlərimiz, xalq artistlərimiz olub, Ramiz müəllimlə eyni dövrdə də belə sənətçilər var və yəqin, gələcəkdə də olacaq. Tar yeni musiqi aləti deyil, tarzənlik Azərbaycanda, ümumən bizim də aid olduğumuz coğrafiyada – Şərqdə özünəməxsus gələnəklərə malikdir. Bəs ən azı bu dediklərimizin fonunda Ramiz Quliyevi bizlərə sevdirən, onu fərqli qılan nə(lər)dir? Hörmətli Ramiz müəllim tarzənlik peşəsini, sənət yolunu seçməmiş olsaydı, nə baş verərdi?
Məncə, Ramiz müəllim klassik irsə sədaqəti və yeniliklərə açıqlığı ilə seçilir. O, sənətlə elmi qoşa qanad kimi daşıyanlardan və hər iki sahədə yeniliklərdə imzası olan aydınlarımızdandır. Ramiz müəllim sənət məktəbi, müəllim görmüş və özü də müəllim olan – ustad sənətçidir. Sənəti tale kimi yaşadığındandır ki, yalnız onun yanına, sinfinə, ustad dərslərinə gələn qıraq yetirmələri deyil, öz övladı da sənət ecazından nəsibini alıb, onun fiziki övladı olmaqla yanaşı, mənəvi övladı da oldu.
Tarzən Ramiz Quliyev az qala bütün böyük sənətçilər haqqında deyilən “o sənəti yaşayır” deyimini hər ifasında göstərir – yəni təbii halı ilə biz ustadın sənəti yaşaya-yaşaya ifa etdiyinə şahid oluruq – üz-gözündə, barmaqlarında, qolunda cərəyan edən enerji seli ilə... və Ramiz müəllim böyük sənətçi olmaqla yanaşı, kübar və səmimi, sadə insandır. Nə gizlədək, özəlliklə bax bu məqam heç də hər sənətçidə rast gəlinən hal deyil...
Əgər Ramiz müəllimin bütün qalan ifaları mövcud olmasaydı belə, “Ay işığında” və “Ləpələr”dəki mükəmməl ifası onun iç dünyasını, xəyallarını, bu xəyalların üfüqi genişliyini (və dərinliyini), sənətçi siqlətini (sənət ləyaqətini!) göstərməyə yetərli olardı...
İstər Ay işığını, istər ləpələri seyr edərkən təbiətin gözümüzə sığdıra bilmədiyimiz əsrarını, gözəlliyini... Xalq artistimiz, elm xadimimiz sənətin ecazı ilə könlümüzdə şəkilləndirir, ruhumuzu qidalandırır... Xalq yazıçısı Anarın sözləri ilə desək, “Sənət öz estetik dəyərləri ilə inkişaf etməlidir” fikri xalq artistinin ifalarında təcəlla edir, bir örnək təşkil edir.
Ustad tarzən Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Suriya, İran, İraq, İsrail, İngiltərə, İsveçrə, Norveç, Almaniya, Hollandiya, Danimarka, Fransa, Əlcəzair, Tunis, ABŞ, Kanada və b. ölkələrdə konsertlər verib. Habelə “Böyük İpək yolu” festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertləri təşkil olunub.
1994-cü ildə Türkiyənin İzmir şəhərində (Egey Universitetində), 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində “ustad dərsləri” verib. Az bir hissəsini sadaladığımız bu ciddi sənət uğurları Ramiz müəllimin sənət uğurlarının coğrafiyasını göstərməkdədir. Bilirsiniz, bu deyilənlər özlüyündə Azərbaycan tarının dünyada etirafı, Azərbaycan tar ifaçılığının sənət biliciləri gözündəki dəyəri və Ramiz Quliyevin sənət elçisi olaraq şəxsiyyətini bir daha göstərməkdə, təsdiq etməkdədir. Və çox qürurvericidir! Bəli, ölkəmizin, xalqımızın adı belə bayraqlaşır, sənət bayrağı belə ucaldılır! Sənət və sənətçinin öz dövlətinə xidməti, öz xalqına bağlılığı, əlbəttə, sənətin inkişafına verdiyi töhfələr tarixin unutmayacağı hadisələrdir.
Ustad sənətçilər Bəhram Mansurov, Əhməd Bakıxanov, Məşədi Cəmil Əmirov Ramiz Quliyevin sənət dünyasında hansı izləri buraxıbsa, Ramiz Quliyev də özündən sonrakılara o miqyasda və bəlkə daha artıq dərəcədə təsirlərə malikdir. Hər sonrakı sənətçi özündən öncəkilərin qalxdığı zirvəni əsas alaraq, məhz o məqam(lar)a istinad edərək, bir sonrakı zirvəyə boylanır. Sənətdə zirvələr təbiətdəki zirvələrdən fərqli olaraq, sonlu deyil: hər sənətçi öz zirvəsini yaradır, yaxud hər zirvə öz fatehini gözləyir..!
Yeni sənət fəthlərinə inam hissi ilə hörmətli xalq artistimizi qazandığı bütün zirvələr münasibəti və əlamətdar yubileyi ilə bağlı ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni-yeni sənət uğurları diləyirəm! Ən böyük diləyimsə, növbəti ad günlərini doğma Ağdamda keçirməsidir!
Ağdamın ağ gününü bəstələmək, sənət ecazına qaldırmaq nəsibiniz olsun, ustad!

Ən çox oxunanlar
Son xəbərlər