Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda şirkət rəhbəri həbs olundu - Foto

Baxılıb: 549     Tarix: 08-09-2025 12:35   

Azərbaycanda onlarla ailə "Joy Travel" turizm şirkətinin dələduzluq əməllərindən zərər çəkib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə şikayətçilər Yurd.media-ya bildirib.
İddiaya görə, şirkət müxtəlif turistik istiqamətlər üzrə təxminən 500 min manatlıq turpaketlər satıb, uçuşa bir gün qalmış isə müştərilərə müflis olduğunu elan edib.
Qeyd olunub ki, "Joy Travel"in sahibi kimi özünü təqdim edən Nərmin Fətullayeva və Rəşad İlyasov əvvəlcə vasitəçi olan turoperatorda problem yaşandığını, sonra digər bəhanələr gətirərək müştərilərin ödənişini qaytaracaqlarını bildirsələr də, bu istiqamətdə heç bir iş görməyiblər.
Hazırda şirkətin ofisi Xətai Rayon Prokurorluğunun əməkdaşları tərəfindən möhürlənib, istintaq işləri aparılır.
***
Özəl turizm agentliyi qismində fəaliyyət göstərən “Joy Tour” və “Joy Travel” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai rayon prokurorluğuna çoxsaylı müraciətlər daxil olub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bilirilib ki, həmin müraciətlər əsasında aparılmış araşdırmalarla müəssisənin təsisçisi Rəşad İsgəndər oğlu İlyasovun öz qulluq mövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dən artıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pul vəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtida istintaq çərçivəsində “Joy Tour” və “Joy Travel” məhdud məsuliyyətli cəmiyyətlərində baş vermiş hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın və həmin hüquqpozmalara məsul şəxslərin müəyyən edilməsi məqsədi ilə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlanılması üçün auditor yoxlaması təyin edilməklə icrası Azərbaycan Respublikasının Auditorlar Palatasına tapşırılıb.
Müvafiq yoxlamaların nəticəsindən asılı olaraq baş vermiş cinayətin bütün iştirakçılarının ifşa və məsuliyyətə cəlb olunması təmin olunacaq.
Bununla əlaqədar təqsirləndirilən şəxsin qanunsuz əməllərinə məruz qalmış vətəndaşlardan Bakı şəhəri Xətai rayon prokurorluğuna müraciət etmələri xahiş olunur.


Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar