Heydər Əlirza oğlu bunu görsəydi... - Nazarbayev
Baxılıb: 654 Tarix: 15-10-2019 11:02
Həqiqətən də mən müstəqillik illərində, deyəsən, doqquzuncu dəfədir Bakıya gəlirəm. Burada əvvəllər də olmuşam. Sovet dövründə də Heydər Əlirza oğlu ilə bizim ayrıca münasibətlərimiz olub və bu münasibətlər Sizinlə də davam edir.
Qanunvehedef.az xəbər verir ki, bunu Qazaxıstan lideri Nursultan Nazarbayev Prezident İlham Əliyevlə Bakıda görüşü zamanı bildirib.
"Bizim başladığımız münasibətləri Sizinlə davam etdirirəm. Hər dəfə Bakının necə gözəlləşdiyini görürəm. Mən bunun nə demək olduğunu yaxşı bilirəm. Mən paytaxtı sıfırdan inşa etdim. Siz qədim şəhəri yenidən qurdunuz, bu, daha çətindir. Bu gün Bakının siması, eləcə də havası şübhəsiz ki, gözəl və təmizdir. Müasir binalar inşa edilib, bu, ölkənin, dövlətin inkişafından xəbər verir. Sözün düzü, qüdrətli qardaş Azərbaycan məni çox sevindirir. Əgər Heydər Əlirza oğlu indi bunları görsəydi, əlbəttə, çox heyran qalardı.
Bizim münasibətlərimiz davam edir. Mən ilk dəfədir ki, buraya Prezident qismində deyil, bizdə deyildiyi kimi, millətin lideri, millətin atası kimi, Konstitusiyanın mənə verdiyi müəyyən səlahiyyətlər çərçivəsində gəlirəm. Mənim varis seçdiyim və təklif etdiyim, xalq tərəfindən seçilmiş Prezidenti dəstəkləyərək onunla birlikdə nə edəcəyimiz – müstəqilliyimizi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək və bununla da xalqın rifahını yaxşılaşdırmaq istiqamətində işləyirik.
İlham Heydər oğlu, Sizin Qarabağla, Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb. Ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi hamı üçün maraqlıdır. Lakin qeyd etməliyəm ki, mən qiymət verməyə çalışmıram, amma mənim həyat, siyasi və yaş təcrübəmdən çıxış edərək deməliyəm ki, Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası budur ki, xalq Sizin kursunuzu dəstəkləyir. Prezident və xalq yekdil olduqda xalqın öhdəsindən gələ bilməyəcəyi güc yoxdur", - N.Nazarbayev söyləyib.
Ən çox oxunanlar
Son xəbərlər