Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qazax yazıçı Xocalıdan yazdı – Fotolar

Baxılıb: 660     Tarix: 30-05-2018 18:10   

“Uşaqlar- müharibə, soyqırım, terror qurbanları…” adlı kitabın bir bölümü Xocalıya həsr olunub
Qazaxıstanlı şairə və yazıçı Nəsihə Humarqızı “Uşaqlar- müharibə, soyqırım, terror qurbanları…” adlı yeni kitabını bütün dünyada zorakılıq nəticəsində həyatını itirən uşaqlara həsr edib.  “AzPolitika.info”nun məlumatına görə, yazıçı oxucuların diqqətini irqindən, dinindən və millətindən asılı olmayaraq, bütün uşaqların həyatına görə hər bir yetkin insanın cavabdehlik daşımalı olduğuna çəkib. Kitabda Azərbaycan, Əfqanıstan, Rusiya, Suriya, İran, Birma, Qazaxıstan və digər ölkələrdə heç bir günahı olmadığı halda terror, soyqırımı, müharibələr, yanğınlar və s. bu kimi bəlaların qurbanına çevrilən uşaqlardan bəhs edilir.
Yazıçı ön sözündə deyir ki, bu kitabda müxtəlif ilkin mənbələrlə yanaşı, hadisələrin canlı şahidlərinin hekayələrindən də istifadə edib: “Faciələr yaşamış müxtəlif dünya ölkələrində həyatını itirən uşaqları yada saldım və hər bir insana xatırlatmağa çalışdım. Demək istədim ki,belə hadisələr heç vaxt yaddan çıxarılmasın. 21-ci əsrdə də uşaqların qətlə yetirilməsi ən böyük insanlıq faciəsidir.”
Xanım yazıçı bu kitabı bir müddət əvvəl Rusiyanın Kemerova şəhərində baş verən yanğın zamanı 40 uşağın yanaraq ölməsindən sonra yazmaq qərarına gəldiyini deyir və bildirir ki, müxtəlif ölkələrdə müxtəlif səbəblərdən həyatını itirən hər bir uşağa görə, yaşadığı ölkədən asılı olmayaraq, bütün insanlar məsuliyyət daşıyır.
Kitabın bir fəslini də Xocalı soyqırımına həsr edən yazıçı burada azərbaycanlı körpələrə qarşı edilən erməni vəhşiliyini xüsusi qeyd edib. Xatırladaq ki, Nəsihə Humarqızı bundan əvvəl də Xocalı hadisələri və ötən il Qarabağda ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra haqqında şerlərlə çıxış etmişdi .





шаблоны для dle 11.2