Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakı Qarabağla bağlı buna hazırdır - Nazirlik

Baxılıb: 663     Tarix: 31-05-2018 16:08   

Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır.
Bunu Report-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin açıqlamasına münasibət bildirərkən deyib.
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır. Substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində bizə təkliflər daxil olduğu halda kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək", - o qeyd edib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın həftələrdə görüşə biləcəyini iddia edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar