Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Salehi: Türkmanları çətin günlər gözləyir...

Baxılıb: 597     Tarix: 03-06-2018 14:38   

Seçkilərdə saxtakarlıq olmasına baxmayaraq hökumət hər hansı bir reaksiya vermədiyinə görə türkmanların nümayişləri üçüncü həftədə də davam edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib. Onun sözlərinə görə, türkmanların seçki vərəqələrinin əllə sayılması tələbi yerinə yetirilməyəcəyi halda nümayişlər Bağdadda davam etdiriləcək.
“Xüsusən hökumət yaradılması prosesində türkmanları çətin günlər gözləyir. Hökumət yaradılması prosesində mümkün bir şiə-kürd koalisiyası formalaşdırılacağı halda Kərkükün siyasi sövdələşmə halına gələcəyindən narahatıq. Ərəblər yanımızdadır, kürdlərin də bir qismi bizi dəstəkləyir”, - Salehi bildirib.
Xatırladaq ki, İraqda keçirilən seçkilərdə türkmanların kompakt yaşadığı ərazilərdə səslərin kürdlərin xeyrinə dəyişdirildiyi iddia edilmişdi.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar