Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ABŞ Konqresinin üzvü Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib

Baxılıb: 730     Tarix: 03-03-2020 09:11   

ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Ohayo ştatını təmsil edən demokrat konqresmen Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir.
28 il əvvəl 1992-ci ilin fevral ayında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğının insanları sarsıtmaqda davam etdiyi bildirilir.
Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 mülki əhalinin hələ də aqibətinin bəlli olmadığı diqqətə çatdırılır.
Beynəlxalq ictimaiyyəti insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Konqres üzvü, Xocalıda baş verənləri yadda saxlamağın və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır.
Konqres üzvünün bəyanatı ilə bu internet səhifəsində tanış ola bilərsiniz:шаблоны для dle 11.2