Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

MİLLİ MƏCLİSİN YENİ TƏRKİBDƏ İLK İCLASI KEÇİRİLİB - Prezident İlham Əliyev nitq söyləyib

Baxılıb: 939     Tarix: 10-03-2020 13:31   

Milli Məclisin növbəti iclası martın 17-də keçiriləcək. Bu barədə "Report" parlamentdən məlumat əldə edib.
Qeyd edək ki, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. İclasda Sahibə Qafarova Milli Məclisin sədri, Əli Hüseynli sədrin birinci müavini, deputatlar Adil Əliyev və Fəzail İbrahimli isə sədr müavinləri seçiliblər.
Bundan başqa, deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin,Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran HüseynovaAilə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.
***
VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb. “Report”un xəbərinə görə, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.
İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.
İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.
Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.
Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında iştirak edən Prezident İlham Əliyev nitq söyləyib. Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb. APA-nın məlumatına görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
İclasda Dövlət Himni səsləndirilib.
İclas Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir. Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilib.
İclasda təşkilati məsələlərə baxılır.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir.
Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar