Xəbər lenti
28/07/2026 [12:55]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Qərar yaxın saatlarda ictimaiyyətə açıqlanacaq" - Əziz Baqişev

Baxılıb: 1 148     Tarix: 02-04-2020 15:25   

"Karantin rejiminin qaydalarına əsasən istisna hallarda evdən çıxmalarına icazə verilir. Vətəndaşların çıxmalarının səbəbinin izahı artıq öz həllini tapıb".
"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, hərəkət qısa zamanda elektron cihazlarla tənzimlənəcək: "Bununla bağlı yaxın saatlarda qərar ictimaiyyətə açıqlanacaq. Evdən çıxmamışdan əvvəl vətəndaş bəlli nömrəyə sms və ya zəng edib çölə çıxmaqlarının səbəbi izah ediləcək. Bu halda icazə veriləcək. Çölə çıxan şəxs şəxsiyyət vəsiqəsini quraşdırılan polis naryadlarına təqdim edəcək və planşet vasitəsilə baxılacaq ki, ona icazə verilib ya yox".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da əlavə edib ki, bununla bağlı sənəd hazırlanır: "İkili yozulması mümkün olmayan şəkildə detallı izah olunacaq".

QANUNVEHEDEF.AZ



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar