Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tramp tibbi maska taxmamasının səbəbini açıqladı

Baxılıb: 912     Tarix: 04-04-2020 09:26   

ABŞ prezidenti Donald Tramp qoruyucu tibbi maska taxmaq niyyətində olmadığını bəyan edib.
Trend-in məlumatına görə, D.Tramp tibbi maska taxmağın onun statusu ilə uyğun olmadığını hesab edir.
"Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə maska taxmaq istəmirəm", - deyə ABŞ prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığı sualını cavablandırıb.
"Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, kraliçaları salamlamaq... bilmirəm, bu mənim üçün deyil", - D.Tramp izah edib.
O əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirus "çox tezliklə" başa çatacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar