Qarabağ əlili və şəhid ailəsinə əzraq və tibbi-gigiyenik vasitələr göndərmişdi.
Baxılıb: 1 017 Tarix: 08-04-2020 18:58
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan daha 200-dən çox ailəyə yardım göndərib.
Bu barədə millət vəkilinin köməkçisi İlqar Kərimov məlumat verib. O bildirib ki, yardım koronavirus pandemiyasından qorunmaq tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir.
O, yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını deyib.
İ.Kərimov yardım göstərdiyi ailələrlə maarifləndirici söhbətlər də apardıqlarını vurğulayıb, sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğunun izah edildiyini bildirib.
Millət vəkili Qənirə Paşayeva isə bunun Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyanın davamı olduğunu qeyd edib. O, həmçinin bu kampaniyaya dəstək verdiyinə görə tovuzlu iş adamı Nəhayət Nəbiyevə və tovuzlu ziyalı İlahə İsgəndərovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, Qarabağ əlili və şəhid ailəsinə əzraq və tibbi-gigiyenik vasitələr göndərmişdi.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər