Deputat etiraz etdi: Onlara da yardım verilməlidir
Baxılıb: 1 120 Tarix: 09-04-2020 13:23
İşsiz vətəndaşlara ödəmələr bir qədər gecikib.
Qanunvehedef.az ARB TV-yə istinadla xəbər verir ki, bu sözləri Vahid Əhmədov deyib.
“Xatırlayırsınızsa, Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən, ötən həftə ərzində artıq ödəmələrə başlamaq lazım olduğunu tapşırdı. Çoxdan bu planlar hazır olmalı idi. Ümumilikdə 2,5 milyard vəsait ayrılıb. Bu, az vəsait deyil. Buradan sahibkarlara da, digər imkanı olmayanlara da yardım edilir”, - V.Əhmədov bildirib.
O deyib ki, bizi narahat edən məsələ günəmuzd işləyənlərlə bağlıdır:
“Onlar faktiki olaraq səhər işə gedib, axşam evlərinə 10-15 manat çörəkpulu aparırlar. Onlar heç yerdə qeydiyyatda yoxdurlar. Həmin şəxslər çoxdan qeydiyyata alınmalı idi və vəziyyətləri araşdırılmalı idi. İlk növbədə onlara yardım olunmalı idi. Bununla bağlı bizə zənglər çox gəlir. Bu gün 4 rayondan bununla bağlı müraciətlər almışıq.
İkincisi, elektron şəkildə müraciət göndərmək çox böyük problemlər yaradır, yüklənmələr olur. İnsanlar müraciət edə bilmədiklərini zəng edib deyə bilmirlər.
Dünən nazir Sahil Babayev məlumat verdi ki, bir ailədən bir nəfər işləyirsə, digər üzvlərə yardım edilməyəcək. Həmin ailələrə baxmaq lazımdır. Elə ailələr var ki, cəmi bir nəfər işləyir və 250 manat maaş alır. Onun 4 və ya 5 ailə üzvü var. Bir də var ki, bir adam işləyir, 250 manat maaş alır və ailədə iki nəfərdirlər. Bunları fərqləndirmək lazımdır. 2,5 milyard kifayət qədər böyük vəsaitdir. İlkin olaraq bu vəsait ayrılıb. Cənab Prezident dedi ki, lazım olsa, yenə vəsait ayrılacaq. Onu bölüşdürən zaman elə etmək lazımdır ki, ünvana çatsın. O ünvana ki, həmin şəxsin ona ehtiyacı var.
Digər tərəfdən, bu məsələyə nəzarət mütləq olmalıdır. Ciddi nəzarət olmalıdır ki, bundan sui-istifadə hallarına yol verilməsin”.
Ən çox oxunanlar
Son xəbərlər