Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Böyük Britaniyanın Baş naziri xəstəxanadan evə buraxılıb

Baxılıb: 750     Tarix: 12-04-2020 17:00   

Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılıb.
APA-nın Böyük Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin sözçüsü məlumat verib.
Boris Consonun müalicəsi davam etdiyi üçün həkimlərin tövsiyəsi ilə o, dərhal işə geri dönməyəcək, Çequersdəki Baş Nazirə məxsus evdə müalicəsini davam etdirəcək.
Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında isə Boris Conson reanimasiyadan palataya köçürülüb.

Qanunvehedef.azшаблоны для dle 11.2