Rəngli inqilablara qarşı vahid plan hazırlayaq – Rusiya
Baxılıb: 542 Tarix: 06-06-2018 14:15
MDB rəngli inqilabların ixracının qarşısını almaq üçün yeni birgə reaksiya mexanizmləri hazırlamalıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu MDB Müdafiə Nazirləri Şurasında çıxışı zamanı MDB-nin icraçı katibi Sergey Lebedev deyib.
“Heç kim bizə ölkələrimizin təhlükəsizliyinin təminatı ilə bağlı effektiv reseptlər söyləməyəcək. Biz öz ərazilərimizdəki stabilliyə görə məsuliyyət daşıyırıq. Şübhəsiz, ən vacib hədəfimiz uzunmüddətli əlaqələrimizi məhv etmək cəhdlərinə müqavimət göstərməkdir.
Beynəlxalq münasibətlərin əsas prinsiplərindən biri olan suveren ölkələrin daxili işlərinə qarışmamaq bir çox hallarda pozulur. Bəzi hallarda bu iş hərbi müdaxiləyə qədər gəlib çıxır. Suriyada BMT nizamnaməsi pozulur, Dəməşqin icazəsi olmadan bir sıra xarici ölkələrin hərbi qüvvələri döyüşlərdə iştirak edir. Sözsüz ki, bu, beynəlxalq münasibətlər sistemini dağıdır. Bu fəaliyyətlər rəngli inqilabların ixracının davamı sayılır. Təəssüf edirəm ki, bizim düşmənlər belə bir strategiyanı MDB-yə də ixrac etməyə çalışırlar”, – deyə o bildirib.
Ən çox oxunanlar
Son xəbərlər