Virusun yoxa çıxacağı tarix... - Mahmudov
Baxılıb: 1 140 Tarix: 01-05-2020 13:38
Ümumdünya Səhiyyə Təşkilatı, tibb elmi bu prosesin xüsusiyyətləri, yəni yaşaması, yayılma müddəti və sona çatması ilə bağlı konkret nəsə deməkdə, nəticə çıxarmaqda acizdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov Azərtac-a geniş açıqlamasında deyib.
R.Mahmud bildirib ki, bu cür xəstəliklər tədricən, mərhələli şəkildə yoxa çıxır:
“Koronavirusun tamamilə yoxa çıxacağı ilə bağlı hansısa dəqiq tarix gözləmək tibbi cəhətdən qeyri-məntiqidir. Ümumdünya Səhiyyə Təşkilatı, tibb elmi bu prosesin xüsusuyyətləri, yəni yaşaması, yayılma müddəti və sona çatması ilə bağlı konkret nəsə deməkdə, nəticə çıxarmaqda acizdir. Dünya təcrübəsi də göstərdi ki, xəstəlik prosesi ölkələrdə fərqli gedir. Pandemiya ilə bağlı konkret nəsə deyilmədiyi halda, heç bir hökumət özünü rahat, arxayın hiss edə bilməz. Təbii ki, burada hər şeyin önündə insan sağlamlığı dayanır”.
Həkim bildirib ki, qaydalara əməl etməsək, hadisələr bizim ziyanımıza işləyər və biz böyük fəlakətlə qarşılaşa bilərik:
“Düşünürəm ki, hazırda yaşadığımız müddət bizim virutik xəstəliklə yaşamaq və onunla birgə həyatımıza davam etmək xüsusiyyətlərini özündə əks etdirir. Yəni son dərəcə diqqətli və ehtiyatlı olmaqla, virutik xəstəlik dövründə işləyə bilmək, təhsil almaq, gündəlik həyatımıza davam etməyi bacarmaq lazımdır. Bu xəstəlik bizi tərk edənə kimi onunla yaşamağa məhkumuq”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər