Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dilqəm Məhərrəmov - Müqəddəs sənətilə xalqına qulluq edən həkim

Baxılıb: 2 266     Tarix: 08-05-2020 09:20   

-Şərəfli peşə sahibi olmaq hər bir insanın ümdə arzusudur, bu sənət insanlara xeyir verən nəcib, şərəfli olanda daha tez nəzərə çarpır. Həkimlər demək olar ki, həyatını, sağlamlığını, insanların həyatda sağlam tərzdə yaşamasına sərf edirlər. 
-Bundan məsuliyyətli, bundan ülvi nə iş ola bilər. İşində məsuliyyətli çalışan həkimlərdən söz edərkən bir anlıq Medilux klinikasında çalışan həkimpersonalı göz önünə gəlir. Bu yaxınlarda yolumu Medilux klinikasına salmışdım. Tibb Mərkəzində gördüyüm münasibət həkim mehribançılığı peşəkar baxımından xəstələrə keyfiyyətli dəqiq diaqnozun qoyulması içimdə bir rahatlıq tapdı. Bu rahatlıq altında peşə fəaliyyəti məni burda da rahat buraxmadı. İstər-istəməz özümdən asılı olmayaraq gördüyüm mehribançılıq yüksək səviyyədə xəstələrə müayinənin aparılması mənə hərtərəfli bir xas olan ovqat bəxş etmişdir. Gözümdən qaçmayan nizam-intizam, xəstələrə göstərilən səmimi münasibət beynimdə belə bir cümləni formalaşdırdı. Həkimin müayinə və müalicəsindən çox onun şirin dili səmimiyyəti hər bir xəstəyə böyük məlhəmdir.
-Belə bir səmimiyyəti Medilux klinikasının Plastik - Rekonstruktiv cərrahı, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun timsalında gördüm. Dilqəm Məhərrəmovun xeyirxah insanlığı, peşəsinə məhəbbəti həkim kollektivi arasında böyük nüfuza malik olması məni də valeh etmişdir.

-Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keşməkeşli ömrü çoxlu kitabların maraqlı mövzuları ola bilər.

-Dr. Məhərrəmovun fikirlərinə nəzər salaq:

-Mən dünyaya yenidən gəlsəm, yenə də həkim olaram. Bir xəstəni sağaltmaq, onu yenidən həyata qaytarmaqdan gözəl nə ola bilərki! Mən həqiqətətn sənətimin vurğunuyam. Xəstələrimlə yaşayıram, onların sağlamlığı mənim də sağlamlığımdır.
-Həkimlik sənəti həqiqətətn şərəfli bir peşədir. Tibb Mərkəzimizə gələn xəstələrin hamısı demək olar ki, bizim həkimlərindən razılıq edirlər. Onlara hər cür xidmət etmək bizim borcumuzdur. Biz bu gün həmin borcu layiqincə yerinə yetiririk. Həkimlik anddır, həkimlik vicdandır, həkimlik müqəddəsdir. Biz bu gün bunların hamısına riayət edirik. Həkim kimi mənə müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz təyin edirəm. Aztəminatlı ailələrdir ki, onların əksərriyyətinə də əməliyyatları təmənnasız edirəm.
-Bu da təbii ki, bizim içimizdən gələn bir hissdir. Mən bir həkim kimi əlimdən gələn köməkliyi xəstələrə edirəm. Onların hər cür qulluğunda durmağa çalışıram. Həkimlik sənəti hər bir ağ xalat geyinən insanın müqəddəs andıdır. Ağ xalatlı insanlar müqəddəs bir xalat daşıyırlar çiyinlərində. Heç bir həkim də istəməz ki, o ağ xalata hardasa kiçicik bir ləkə salsın. 

Mən indiyə kimi bu ağ xalata hörmət etmişəm, onu əynimə geyindiyim gündən ona ləkə salmayacağıma and içmişəm. Şükür ki, bu günə kimi andıma sadiq qalmışam və bundan sonra da qalacağam.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar