Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər!

Baxılıb: 2 706     Tarix: 24-05-2020 13:16   

Bu gün bütün dünya müsəlmanları Allahın ən vacib əmrlərindən biri olan, şəfqət və mərhəmət dolu ramazan ayının orucunu bitirərək mübarək Ramazan bayramını böyük coşqu ilə qeyd edirlər.
Bütün dünyada olduğu kimi, bu ilki Ramazan ayı Azərbaycanda da çox mürəkkəb bir imtahan, bir sınaq dövrü oldu. Bəşəriyyəti təhdid edən koronavirus pandemiyası təhlükəsi qarşısında müsəlman bacı və qardaşlarımız bu ay məscidlərdə bir araya gələ bilmədilər. Lakin bunun müqabilində uca Allah bizə, bütün insanlığa başqa bir anlamda birlik olmaq, həmrəylik nümayiş etdirmək imkanı verdi. Pandemiya dövründə dövlət başçımız cənab İlham Əliyevin ilk növbədə xalqımıza xitabən səsləndirdiyi, bir qədər sonra isə bütün dünyaya bir örnək olaraq yayılmış “Biz birlikdə güclüyük” şüarı da məhz bu birlik və həmrəylik şansının doğru-düzgün dəyərləndirilməsiyollarını müəyyənləşdirdi.

Həqiqətən də pandemiya dövründə Azərbaycan dövlətinin, Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın rifahı, sağlamlığı və təhlükəsizliyi naminə atdıqları addımlar, bu yönümdə həyata keçirilən möhtəşəm tədbirlər bütün dünyaya bir örnək oldu. Əlbəttə, ölkəmizdə bu istiqamətdə işlər hər zaman davamlı olaraq aparılır. Xüsusən də gözəl insan, gözəl ana, ölkənin Birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən istər təhsilimizin inkişafı, istər insanlarımızın sağlamlığının qorunması, xüsusilə talassemiyalı uşaqlara göstərilən böyük qayğı, istərsə də vətəndaşlarımızın rifah yüksəlişinin təminatı ilə bağlı görülən çoxşaxəli işlər dünyanın heç bir başqa ölkəsində, heç bir Birinci xanımtərəfindən belə geniş miqyasda aparılmır. Bu işləri yalnız paxıl, bəsirət gözü bağlanmış insanlar görə bilməzlər. Çünki paxıl insanların qəlbinə iman sığmaz.Bu gün bəzi siyasətçilər, partiya rəhbərləri demokratiyadan danışmağı çox sevirlər. Lakin ədalət olmayan yerdə demokratiyadan söhbət gedə bilməz. Ölkədə gedən prosesləri, görülən işləri ədalətli şəkildə şərh etməyən, bunları obyektiv qiymətləndirə bilməyən insanların demokratiyadan danışmağa haqqları da yoxdur. Elə yaşadığımız bu sınaq dövrünün bir fəziləti də bu ola bilər ki, bundan sonra insanlar öz qəlblərini paxıllıq kimi pis hisslərdən yuyub təmizləyə bilərlər.
Biz hamımız dövlət başçımızın çağırışı ilə gəldiyimiz birliyin həqiqi gücünü gördük. Hələ peyğəmbərlin dövründən bütün cəmiyyətlərdə mövcud olmuş kasıb, orta və varlı təbəqələri biri-birindən ayıran sədlər bu gün aradan götürüldü. İnsanlar bir-birilərinə yardım etməyə, dəstək verməyə durdular. Kimlərsə bu yardımların görüntülərini yayaraq, yaxşılığı təbliğ də etdilər, kimlərsə görünməyən qəhrəmanlar kimi, sadəcə Allah rizası üçün imkansızlara gizlində əl uzatdılar. Amma son nəticədə hər kəs bu ümumi bəladan qurtulmaq üçün öz dəstəyini vermiş oldu.
Biz peyğəmbər deyilik və heç bir insan xatasız deyil. Qüsursuz olan tək Allahdır! Mübarək Ramazan ayının bizlərə verdiyi ən möhtəşəm fürsətlərdən biri də günahlarımızdan təmizlənmək və uca Allah tərəfindən bağışlanmaqdır.Amma çox təəssüflər olsun ki, hətta bu çətin dövrdə də öz nəfsinə qurban gedib xalqın, dövlətin malına göz dikənlər oldu. Əlbəttə ki, belələri öz cəzalarını alacaqlar. Çünki Həzrət Əli (ə.s) da buyurub: “Nə qədər çox bağışlasaz, o qədər yaxşıdır. Amma xalqa edilən pisliyi bağışlamayın.”
Bu sınaq dövrünün daha bir ən mühüm dərsi də bu oldu ki, zəngin insanlar hər hansı biznesə qoyduqları sərmayənin dünyanın hansısa başqa bir ölkəsində Azərbaycanda olduğundan daha çox etibarlı şəkildə təminatlı olması barədə iddiaların bir mif olduğuna əmin oldular. Batıran hər yerdə batırar, qazanan hər yerdə qazanar. Çünki mülkün sahibi Allahdır. Əminəm ki, bundan sonra zəngin insanlarımız öz sərmayələrini Azərbaycanda yerləşdirməyə daha çox üstünlük verəcək, ölkəmizdə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatımızın daha da güclənməsinə öz dəyərli töhfələrini verəcəklər. Çünki bütün dünyada bizim xalqımız qədər səmimi xalq, dövlətimiz qədər öz insanlarını düşünən dövlət və ölkəmiz qədər gözəl ölkə yoxdur. Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər!
  Mən bir daha başda Ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını mübarək Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm! Qoy uca Allah xalqımızı və bütün bəşəriyyəti tezliklə bu pandemiya bəlasından qurtarsın və bütün digər bəla və fəlakətlərdən hifz etsin!
Bütün xeyirli dualarımız xalqımızla və dövlət başçımızla olsun! Amin!


Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov.
шаблоны для dle 11.2