Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan çempionu həbs olundu

Baxılıb: 914     Tarix: 07-09-2026 12:29   

Azərbaycanlı sabiq boksçu Tural Əhmədov həbs olunub.

Qanunvehedef.az Xitab24.az-a istinadla xəbər verir ki, 32 yaşlı idmançıya Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) ilə ittiham verilib.

O, bir müddət əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq araşdırması davam edir.

Qeyd edək ki, Tural Əhmədov boksçu karyerasını başa vurduqdan sonra özünü hakim kimi də sınayıb. O, Azərbaycan çempionu olmaqla yanaşı, bir sıra yarışlarda da ölkəmizi təmsil edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar