Ərdoğanla ABŞ prezidentinin şok mübahisəsi
Baxılıb: 547 Tarix: 11-06-2018 17:17
ABŞ Milli Təhlükəsizlik müşavirinin keçmiş müavini Ben Rodes illər əvvəl Ağ Evin keçmiş rəhbəri Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş vermiş maraqlı dialoqdan bəhs edib.
Qanunvehedef.az xəbər verir ki, Rodes həmin anları özünün yazdığı “Dünya olduğu kimi” adlı kitabında qələmə alıb.
Rodes bildirir ki, 2011-ci ildə BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşlər zamanı Ərdoğanla Obama arasında Fələstin məsələsi müzakirə olunub. Görüş zamanı Ərdoğan Obamaya Fələstin məsələsində 180 dərəcə dəyişdiyini deyib.
“Ərdoğan məsələləri detallı şəkildə müzakirə etməyi xoşlayırdı. Obama fələstinlilərin BMT-nin vasitəçiliyi ilə müdafiə olunmasının mümkünsüzlüyünü irəli sürdü. “Bu, İsraillə müzakirə edilməli idi” deyərək Cənubi Sudanı misal çəkdi. Ərdoğan isə bundan sonra Obamaya, “Cənubi Sudana görə Şimal illərdir sanksiyaya məruz qaldı. Eyni addımı İsrail üçün də təklif edirsən?” sualını verdi. Obama isə bu sual qarşısında donub qaldı”, - Rodes yazıb.
Rodes bildirib ki, bu dialoqdan sonra əsəbiləşən Obama ona, “Ərdoğanla mübahisə etməkdən nifrət edirəm” deyib.
Ən çox oxunanlar
Son xəbərlər