Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ruhani İlham Əliyevə məktub göndərdi

Baxılıb: 719     Tarix: 14-06-2018 19:50   

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az təbrikin mətnini təqdim edir:
"Allahın salamı, rəhməti və bərəkətləri üzərinizə olsun!
Böyük sevinclə Allah təalaya bəndəçilik və ilahi sınaq yolunda mükafat sayılan Fitr bayramı münasibətilə sizi və müsəlman Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm.
Büsbütün sevinc və mərhəmət olan bu bayram günü, həmçinin ilahi itaətkarlıqdan ibarət olan Ramazan ayında müsəlman ümmətinin öz ilkin saflığına qayıdışını arzulayır, insaniyyət yolunda kamillik zirvəsinə nail olduqlarını təmənni edirəm!
Ümid edirəm ki, bu əziz bayramın ictimai ibrətlərindən nəticə alaraq, müsəlmanların qəddarlıq və radikallıqla mübarizə aparmasına, eləcə də, onların öz mənafelərini güdən və əhd-peymanları pozan hegemon qüdrətlərin qarşısında birləşməsinə, həmçinin bütün dünyada sülh və əmin-amanlığın hakim olmasına qadir ola bilərik.
Allah təaladan sizə sağlamlıq və müvəffəqiyyət, müsəlman Azərbaycan xalqına isə izzət və səadət diləyirəm!"шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar