Rusiyalı diplomatlar ABŞ-da casusluq edib
Baxılıb: 660 Tarix: 26-04-2018 11:29
Ağ Evin qərarı ilə ABŞ-dan çıxarılmış 60 rusiyalı diplomat içərisində Rusiyadan qaçmış şəxsləri və ailələrini izləyən casuslar da olub.
Modern.az CNN telekanalına istinadən xəbər verir ki, həmin şəxslərin əsas vəzifəsi Rusiyadan müəyyən səbəblərə görə qaçmış şəxsləri və ailələrin izləmək, daha sonra aradan götürülməsini təşkil etmək olub.
Jurnalistlərə ən azı bu mövzuda bir hadisə məlumdur. Belə ki, ölkəni tərk etmiş diplomatlardan biri Mərkəzi Kəşfiyyat İdarəsinin mühafizəsində olan bir şəxsin izlənilməsi ilə məşğul olub. Həmin şəxs Rusiyadan ABŞ-a gələrək başqa ismə vəsiqə alıb.
ABŞ xüsusi xidmət orqanları Solsberidə baş verən hadisədən sonra isə hakimiyyətin ABŞ-da da belə bir hadisənin təkrarlanacağından ehtiyat edib.
Qeyd edək ki, martın 26-da ABŞ hökuməti 60 Rusiya diplomatının ölkədən çıxarılmasını elən edib.
Buna səbəb Britaniyanın Solsberi şəhərində “QRU”unun eks polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsi və Britaniyanın bu işdə Rusiyanı ittiham etməsi olub.

Ən çox oxunanlar
Son xəbərlər