Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Bəzi QHT-lər hökuməti dəyişmək istəyir" - Səməd Seyidov

Baxılıb: 677     Tarix: 27-06-2018 14:56   

“Qeyri-hökumət təşkilatları da insan hüquqlarının müdafiəçiləri kimi Azərbaycan üçün önəmlidir. Ancaq təəssüf ki, bəzi qeyri-hökumət təşkilatları müəyyən şəxslərin əlində oyuncağa çevirilib”.
 
APA-nın Avropa müxbirinin xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, QHT-lər Azərbaycan üçün çox vacibdir: “Bu mövzu həm də insan hüquqları müdafiəçiləri kimi vacib bir mövzudur. Biz fərqindəyik ki, hətta QHT-lər bəzən o qədər aktivdirlər ki, insanlar onlara hökumətin özündən çox inanır”.
 
S. Seyidov bu məsələdə inam və məsuliyyətin önəminə diqqət çəkib. O qeyd edib ki, bəzi QHT-lər, xüsusilə də xaricdən maliyyələşənlər, hökuməti və ölkədəki mentaliteti dəyişmək istəyirlər: “Onlar bəzi şəxslərin əlində oyuncağa çevrilib. Bunu Macarıstanda, Azərbaycanda görmək olar. Unutmamalıdırlar ki, xalq onlara inanır və onlar insanlar qarşısında məsuliyyət daşıyırlar. Bu problem Avropanın özündə də var. Böyük Britaniyada, Almaniyada da bunu görmək mümkündür.”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar