Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ərdoğan Bakıya iki mühüm təkliflə gəlir – Şərh

Baxılıb: 551     Tarix: 03-07-2018 17:17   

 Ərdoğan gələn həftə Azərbaycana əliboş gəlməyəcək
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə həmişəki mövzuları müzakirə etməklə yanaşı, Bakıda iki məsələni də diqqət mərkəzində saxlayacaq:
“Birincisi, Ərdoğan Qarabağ məsələsində Türkiyənin mümkün rolundan danışacaq. Məsələ burasındadır ki, Ərdoğan bu məsələni yenidən Rusiya Prezidenti Vladimir Putinin qarşısında qaldırmaq istəyir və ona görə də Bakıdan təkliflər gözləyir. Yəni bu iş Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu, rəsmi Bakının da maraqlarına cavab verir. Onsuz da rəsmi Bakı Kremli münaqişənin ədalətli həllinə cəlb etmək istəyir və Ərdoğanın əlavə fəallığı ancaq işin xeyrinə ola bilər. Bir şərtlə ki, Putin həm Bakını, həm də Ankaranı eşitməyə hazır olsun”.
Politoloq bildirib ki, Ərdoğanın Bakıda müzakirə edəcəyi ikinci əsas mövzu Transxəzər boru xətti ilə bağlı olacaq:
“Ərdoğan Xəzərin statusunun avqustda Qazaxıstanda keçiriləcək zirvə toplantısında müəyyənləşəcəyini əlində rəhbər tutaraq, Transxərəz boru xəttinin tikintisini sürətləndirmək istəyir ki, Türkmənistan qazı Xəzərin dibi ilə əvvəlcə Azərbaycana, buradan isə Türkiyəyə nəql olunsun. Ərdoğan Bakıda Transxəzər boru xəttinin perspektivini diqqətdə saxlayacaq. Çünki Ankara bu məsələni ləngitmək istəmir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana iyulun 10-da səfər edəcəyi gözlənilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar