Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Nazir müşavirinə yüksək vəzifə verdi

Baxılıb: 456     Tarix: 15-11-2021 09:57   

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müşavirini yeni vəzifəyə təyin edib.
Əldə olunan məlumata görə, Əhmədov Fərid Turab oğlu "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxsin sədri təyin olunub.
Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb. 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir.
Xatırladaq ki, Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs yaradılıb.
Agentlik nazirliyin tabeliyindəki "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin, İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və nazirliyin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar