Xəbər lenti
27/09/2024 [14:14]
Sabah 27° isti olacaq
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakı üçün önəmli məsələ həll edilir – Putinin nümayəndəsi

Baxılıb: 553     Tarix: 06-07-2018 14:19   

Sovet hakimiyyəti illərində Xəzər sadəcə 2 ölkəyə - İran və SSRİ-yə məxsus idi. Buna görə də iqtisadi, ekoloji və hüquqi sahədə bir çox məsələlərin tənzimlənməsi çətin olmurdu. Sovet imperiyasının süqutundan sonra bir sıra müstəqil dövlətlər yarandı və Xəzər hövzəsində 5 dövlət – Qazaxıstan, Türkmənistan, Azərbaycan, Rusiya və İran oldu. Belə olan halda Xəzərin hüquqi statusu ilə bağlı mübahisələr yarandı. Bu mübahisəni həll etmək, Xəzərin hüquqi statusunu müəyyən etmək üçün müzakirə və cəhdlər 25 ildən artıqdır davam edir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bəyan edib.
“Yalnız indi, bizim diplomat və XİN nümayəndələrimizin dedikləri kimi, biz bütün 5 ölkənin razılağa gələ biləcəyi məqama çatırıq. Buna görə də ənənəvi olaraq bütün Xəzər hövzəsi ölkələrinin dövlət başçılarının iştirak edəcəyi Astana sammitində Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması tamamilə mümkün görünür. Bu konvensiya olmadan intensiv iqtisadi əməkdaşlıqdan danışmaq kifayət qədər çətindir”, - Abdulatipov bildirib.
Abdulatipovun sözlərinə görə, rus hökumətinin təqdim etdiyi təkliflər variantı artıq ölkə başçısı Vladimir Putinlə də razılaşdırılıb. Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar davam etdiyi bir vaxtda isə onsuz da çox böyük zərərə məruz qalmış Xəzərin ekoloji sistemi məhv olur:
“Xəzərin bir neçə istiqamət üzrə artıq fəlakətin sərhədində dayandığını söyləsək, şişirtmiş olmarıq. Bir neçə il əvvəl Xəzərin qorunmasına dair imzalanmış Tehran konvensiyası isə səmərəli fəaliyyət göstərmir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar