Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nə Putin, nə də Tramp güzəştə gedəcək – Şərh

Baxılıb: 583     Tarix: 09-07-2018 14:52   

Vladimir Putinlə Donald Trampın görüşü heç nəyi dəyişməyəcək.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Putinlə Trampın gözlənilən görüşünü şərh edən millət vəkili Asim Mollazadə deyib.
“Trampla Putinin görüşündə əsasən gərgin bölgələrdəki münaqişələrin həlli ön planda olacaq. Söhbət xüsusən də Yaxın Şərq, Suriya və Ukrayna ilə bağlı aparılacaq müzakirlərdən gedir. Ancaq tərəflərin hansısa ortaq məxrəcə gələcəyini, ümumiyyətlə, görüşün yekununda fövqəladə irəliləyişin və güzəştlərin olacağını düşünmürəm. Çox güman ki, bu görüşdən sonra hər iki ölkə əvvəlki siyasətini bundan sonra da davam etdirəcək. Nəticədə üstünlük iqtisadiyyatı kifayət qədər güclü olan və belə bir gərgin vəziyyətə tab gətirən tərəfdə olacaq”, - deputat bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ liderləri iyunun 16-da Helsinkidə görüşəcəklər.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar