Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Səfir: "Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil"

Baxılıb: 534     Tarix: 11-07-2018 12:56   

Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi:
"Bu səfərlər Türkiyə ilə Azərbaycan arasında çox mühüm ənənə halını alıb. Azərbaycanla Türkiyə hər zaman birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik".
Diplomat qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da irəliyə gedəcək.
E.Özoral əlavə edib ki, Türkiyə və Azərbaycan yalnız iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq edir və bundan sonra da etməyə hazırdır: "Türkiyənin imkanları Azərbaycanın imkanlarıdır. Əlimizdə nə varsa, sizinlə paylaşmağa hazırıq".



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar